Kadr uçotu
Kadr uçotu xidməti - İşçi heyəti 20 nəfərdən artıq və tez-tez dəyişən, eyni zamanda ezamiyyətlərin çox olduğu müəssisələr üçün nəzərdə tutulmuşdur.
İşçi heyəti az olan sahibkarlar üçün Kadr uçotu xidməti, Mühasibat və vergi uçotunu xidmətlərinin tərkib hissəsi sayılır və ayrıca hesablanmır.
Kadr uçotu xidmətlərimizə daxildir :
1. İşçi heyəti ilə əmək müqaviləsinin bağlanması və ƏMAS sisteminə daxil edilməsi
2. İşçilərin qeydiyyatı və işdən azad olması ilə bağlı bütün sənədləşmələrin aparılması
3. Hər bir işçi üçün əmək haqqı kartı sifarişi
4. Ezamiyyətə göndərilən işçi ilə bağlı bütün sənədləşmələrin aparılması və ezamiyyətin ödənilməsi
5. Əmək qabiliyyətinin müfəqqəti itirilməsi ilə bağlı sənədlərin sistemə daxil edilməsi və ödənişlərin alınması
6. Aylıq əmək haqlarının hesablanması və Əmək haqqı cədvəlinin hazırlanması
7. Rüblük Vahid vergi bəyannaməsinin (DSMF hesabatı) göndərilməsi
Kadr uçotu niyə görə vacibdir?
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə :
-
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə,
-
vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə,
-
hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikasının vergi məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu kimi problemlərlə qarşılaşmamaq üçün müəssisənizin kadr uçotunu bizə etibar edə bilərsiniz.