Konsaltinq xidməti
Maliyyə modelləşdirilməsi
Maliyyə modelləşdirilməsi şirkətin qərarvermə mexazinmində ana strukturu təşkil edən faktiki və proqnozlaşdırılan əməliyyatların rəqəmlərlə gösətrilməsidir.
Hər bir müəssisə planında olan yeni layihələr üzrə gəlirlərin müəyyən edilməsi və xərclərin proqnozlaşdırılması üçün bu modellərdən istifadə edir.
Qiymətləndirmə xidməti (valuation)
Qiymətləndirmə dedikdə, hər bir yeni biznesin və yaxud mövcud biznesə inteqrasiya olunacaq yeni layihələrin ilkin analizlə geridönümlüyü və müqayisə predmenti olan alternativ yatırımlarla müqayisə olunaraq, cari vaxta net dəyərinin təyin olunmasına əsasən dəyərləndirilməsi nəzərdə tutulur. Bu qiymətləndirmə müasir təşkilatın ümumi qərarvermə prosesində mühüm rol oynamaqla, yaranacaq itkilərin qarşısını alır və əvvəlcədən doğru strategiyanın təyin olunmasında mühüm rol oynayır.
Biznes strukturları üzrə məsləhət
Biznes strukturları ilə bağlı məsləhət biznesə başlayarkən ən vacib seçimlərdən biri olan struktur növü ilə bağlıdır. Bu məsləhətlər təkcə ödəyəcəyiniz vergi məbləğinə deyil, eyni zamanda pul vəsaitlərinə qənaət etmək bacarığınıza təsir edəcəkdir.
Birləşmə və satınalma (M&A)
Bu istiqamət müəssisələrin satışı, birləşdirilməsi, şirkətlərin inteqrasiyası nəticəsində mənfəətliliyin artırılmasına imkan verir. Bu prooseslər adətən bir neçə ay və bəzən il çəkə bilir.
Müştərilərimizə peşəkar maliyyə modelləşdirməsi, qiymətləndirilməsi, yeni biznesin alınması və mövcud biznesin satılması xidmətlərini təqdim edirik.