Daxili audit
Daxili audit xidməti
Daxili audit yoxlaması - müəssisənin təsisçiləri (investorları) və ya direktoru tərəfindən sifariş edilərək, müəssisənin daxili hesabatlarının 3-cü şəxs – Financial Reporting Center tərəfindən müstəqil, sərbəst, ədalətli şəkildə yoxlanılmasıdır.
Financial Reporting Center olaraq, müəssisənizin daxili audit yoxlamasını tam üzərimizə götürürük və müstəqil, ədalətli şəkildə audit yoxlamasını lazım olan müddətdə aparmağı və kommersiya sirri təşkil edən hər bir məlumatı məxfi saxlamağa zamanət veririk.
Aşağıdakı hallardan hər hansı biri mövcuddursa daxili audit yoxlaması aparılmalıdır:
1. Müəssisənin Balans hesabatının rəqəmlər uyğun gəlmirsə - Debitor-kreditor borcları doğru deyil, ümidsiz debitor borcları uçota alınmayıb, amortizasiya hesablanmayıb, aktivlərin və öhdəliklərin uçotu doğru aparılmayıb, kapital bölməsi natamamdır, daxili sənədlər tam deyil və s.;
2. Mənfəət və zərər haqqında hesabatda qeyd edilmiş mənfəət və ya zərər doğru olmamağına əsaslı şübhələr varsa – Mənfəət bilərəkdən, yaxud bilməyərəkdən şişirdilmiş və ya azaldılmışdırsa, xərclər təyinatı üzrə daxil edilməmiş və bilərəkdən yaxud bilməyərəkdən şişirdilmiş və ya azaldılmışdırsa;
3. Kapitaldakı dəyişikliklər haqqında hesabatda divident siyasəti və ehtiyatların ayrılması mexazinmı pozulmuşdursa – Divident təsisçilər arasında paylara uyğun bölüşdürülməmişdirsə, ayrılmış ehtiyatlar təyinatı üzrə istifadə edilməmişdirsə, nizamnaməyə uyğun ehtiyatlar doğru ayrılmayıbsa, müəssisənin xalis mənfəəti olduğu halda divident götürülə bilmirsə və s;
4. Pul vəsaiti haqqında hesabat (Cash flow) doğru deyilsə - Pul vəsaitlərinin mədaxildə və məxaricində rəqəmləri azaldılıb, yaxud şişirdilmişdirsə, alt sənədlər mövcud deyilsə və s
5. Hər hansısa müəssisəyə investisaya etmək istəyirsinizsə - Təcrübədə dəfələrlə görülüb ki, investor cəlb etmək istəyən müəssisə maliyyə hesabatlarını real rəqəmlər üzərində yox şişirdilmiş rəqəmlər üzərində təqdim edir. Siz, bizimlə həmin hesabatların doğru hazırlanmış formasını əldə edəcəksiniz.
6. Müəssisədaxili paylarda alqı-satqı etmək istəyirsinizsə – Bu zaman 4 əsas maliyyə hesabatı hazırlanmalı və müəssisənin xalis aktivlərinin dəyəri tapılmalıdır və 1 payın real qiyməti müəyyənləşməlidir;
7. Müəssisədə olan paylarınızı satmaq istəyirsinizsə - Bu zaman biz tərəfdən yoxlanılmış və lazımı düzəlişlər edilmiş maliyyə hesabatını alıcı-investora rahatlıqla təqdim edə bilərsiniz.