Maliyyə hesabatlarının hazırlanması
Müəssisələrdə maliyyə hesabatlarının düzgün hazırlanmaması müəssisənin faəliyyətini tam qiymətləndirməyə imkan vermir.
Müəssisənizin maliyyə hesabatlarını Beynəlxalq Standartlara əsasən hazırlanması üçün bizimlə əməkdaşlıq edə bilərsiniz.
Beynəlxalq Standartlara əsaslanan
- Balans hesabatı
- Mənfəət və Zərər haqqında hesabat (MZHH)
- Kapitaldakı dəyişikliklər haqqında hesabat (KDHH)
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatları (PVHHH) hazırlayıb təqdim edirik.
Onu da qeyd etmək lazımdır ki, maliyyə hesabatlarının düzgün hazırlanması daxili və xarici investor cəlbetmə prosesini də asanlaşdırır. Əlavə olaraq da maliyyə hesabatları olmadan sahibkarlar öz maliyyə fəaliyyətlərini düzgün və dəqiq təhlil edə bilmirlər. Bu kimi arqumentləri nəzərə alaraq maliyyə hesabatlarının düzgün hazırlanması vacib amillərdən biridir və biz müştərilərimizə bu xidməti peşəkar səviyyədə göstəririk.