Uçotun bərpası və qurulması
Financial Reporting Center indiyədək bir çox müəssisənin mühasibat və vergi uçotunun qurulmasl və ən doğru proqram təmin olunmasına ilə bağlı öz töhfəsini vermişdir
Müəssisənin uçotu nədir? Niyə qurulmalıdır? Bu kimi suallara cavab tapmaq üçün uçot nədir? məqaləmizə baxa bilərsiniz.
Biz sizin müəssisənin əməliyyatlarını və fəlaliyyət sahəsini ciddi analiz edərək, ən lazımlı proqram təminatı ilə təmin edirik.
Uçot qurulması və bərpası prosesində müəssisəmiz ən azı 10 il ciddi əmək fəaliyyəti olmuş əməkdaşları və proqram təminatının yazılması ilə bağlı ciddi təcrübəsi olmuş şəxslər iştirak edir.
Müəssisənizin uçotunu qurmaqla nələr əldə edəcəksiniz?
1. Bütün maliyyə-təsərrüfat əməliyyatları ilə bağlı doğru məlumat əldə edəcəksiniz;
2. İstehsal olunan hazır məhsulların dəyəri tam dəqiq bilinəcəkdir;
3. Mal-material üzrə bütün növ hesabatlar (hərəkəti, itkisi, istifadə olunması və qalığı);
4. Bütün debitor-kreditor hesabatlarını tam vaxtında əldə edəcəksiniz;
5. Bütün pul vəsaitlərinin hərəkətini izləyə biləcəksiniz;
6. Xərclərə və gəlirlərə nəzarət edə biləcəksiniz;
7 .Ən əsası müəssisənizin Maliyyə hesabatları vaxtında hazırlanacaqdır.