Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi

Təlimlər

Mühasibat uçotu və vergi uçotu təlimləri ayrı-ayrılıqda 3.5 ay davam edir. Siz bu müddət ərzində real müəssisələrdə baş verən əməliyyatların doğru uçota almağı, müxabirləşmələri tam olaraq öyrənəcəksiniz.3.5 ay müddətində sizə mühasibatlıq elmi 0 dan orta-üst səviyyəyə kimi tədris olunacaqdır.  Siz bu təlim proqramında Beynəlxalq Maliyyə Hesabatları Standartlarına əsasən mühasibat uçotunu, mövcud qanunvericiliyə uyğun olaraq vergi uçotunu dərindən və sıfırdan öyrənə biləcəksiniz. Təlimlərimizdə əsas məsələ təlim müddətinin keyfiyyətli davam etməsi və iştirakçıların həqiqətən təlim proqramını düzgün mənimsəməsidir.
Biz, real müəssisələrlə bağlı əməliyyatları təlim iştikrakçıları ilə birlikdə icra edirik və öyrədilən bütün biliklər beynəlxalq standartlara əsaslanır.
Bütün təlim proqramı Maliyyə nazirliyinin müvafiq qanunlarına və aktlarına əsasən formalaşmışdır və təlimdə iştirak edən hər bir şəxsin kompüterinə 1C 8.3 mühasibatlıq proqramı hədiyyə olaraq yazılacaqıdır.
Təlimlərimizin əsas üstünlüklərindən biri də iştirakçıların sayının limitli olmasıdır. Belə ki, təlimlərmizdə maksimum iştirakçı sayı 10- 12 nəfərdir. Belə olduğu təqdirdə, qrupda iştirak edən hər bir şəxsin mövzuları tam başa düşməsi və təlimin sürətli və vaxtında getməsi mümkün olur.
 
Əgər müəssisənizin əməkdaşları üçün təlimlərimizdən faydalanmaq istəyirsinizsə, koprorativ təlimlər bölməsindən bu haqqda məlumat əldə edə bilərsiniz.
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə