Audit rəyinin verilməsi
Audit - müəssisədə uçotun düzgün və dəqiq aparılmasının maliyyə hesabatlarının kənar şəxslərin təsiri olmadan müstəqil şəkildə yoxlanılmasıdır. Audit yoxlamasını, yalnız Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi icazə əsasında aparmaq mümkündür. Auditor Palatasının müstəqil audit aparması ilə bağlı icazəni əldə etmək üçün mütləq şəkildə Auditorlar palatasının təşkil etdiyi imtahanda keçmək və fəaliyyətin auditor olaraq davam etdirmək lazımdır. İcazə almış şəxslər reyestra alınaraq, yalnız onların verdiyi rəylər qanunverciliyin tələblərinə uyğun hesab edilən ciddi sənəd sayılır. Əks halda, icazə əldə etməmiş şəxslərin apardığı audit yoxlamalarının qanunvericilik tərəfindən heç bir əsası yoxdur və qanunla məsuliyyətə cəlb olunur.
Financial Reporting Center, 2024-cü ildən Azərbaycan Respublikasının Auditor Palatasının verdiyi icazə ilə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlayır, ekspertiza, təhlil aparır və yazılı rəy verır, mühasibat uçotu qurur, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq edir və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərir.
Müəssisələr mütləq şəkildə 6 prosesə görə audit rəyi əldə etməlidirlər:
1. Maliyyə hesabatlarının audit rəyi ilə təsdiqi: Aşağıdakı təsərrüfat subyektləri mütləq qaydada maliyyə hesabatlarını audit rəyi ilə təsdiq etməlidir:
- Orta və iri sahibkarlıq subyektləri - Gəlir, yaxud xərclərinin həcmi 3 000 000 manatdan artıq olan və ya dövriyyəsindən asılı olmayaraq işçi sayı 50 nəfərdən artıq olan;
- Səhmdar cəmiyyətləri - Qapalı və ya Açıq səhmdar cəmiyyətləri;
- Konsolidə edilmiş maliyyə hesabatlarını təqdim ana müəssisə;
- Dövlət satınalmalarında (tender) iştirak edən müsəssisələr - əksər hallarda, Dövlət satınalmalarında (tender) iştirak edən müsəssisələr də maliyyə hesabatlarını audit rəyi ilə təsdiqlənir.
Məcburi audit aparılmalı təsərrüfat subyekti bundan yayınarsa 1500 -2500 AZN, vəzifəli şəxsləri isə 300 - 600 AZN inzibati cəriməyə məruz qala bilərlər və cərimə olunmaq maliyyə hesabatlarını audit rəyi olmadan təqdim etməsinə əsas vermir.
2. Nizamnamə kapitalının formalaşdırılmasının audit rəyi təsdiqi: Təcrübədə görünür ki, müəssisələr təsisçi yığıncağında bölüşdürülməmiş mənfəətin bir qismini kapital olaraq saxlayır, nizamnamə kapitalını artırırlar. Digər bir halda isə təsisçilər tərəfindən Nizamnamə kapitalı əmlak vasitəsi ilə artırılır. Bu kimi proseslər mütləq şəkildə auditor rəyi ilə təsdiqlənir və Dövlət vergi xidmətinə audit rəyi ilə birgə digər sənədlər təqdim edilir.
3. Əmlak və digər mülkiyyət obyektlərinin qiymətləndirilməsinin düzgünlüyünün audit rəyi ilə təsdiqi: Qiymətləndirmə təşkilatları tərəfindən müəssisənin maddi əmlakları qiymətləndirdikdən sonra, həmin qiymətləndirmənin düzgünlüyü barədə audit rəyi tərtib olunur. Audit rəyi tərtib olunmadan əmlakın qiymətləndirilməsi əsassız sayılır.
4. Vergi bəyannamələrinin auditor rəyi ilə təsdiqi: Aşağıdakı hallarda Azərbaycan Respublikasının Dövlət Vergi xidmətinə təqdim edilmiş vergi bəyannamələrinin təsdiqinə ehtiyac yaranır:
- Müəssisə rəhbəri, mövcud baş mühasibin Azərbaycan Respublikasının Dövlət Vergi xidmətinə təqdim etdiyi bəyannamələrin dəqiqliyi barədə tərəddüddə olur;
- Yeni təyin olunmuş baş mühasib təhvil-təslim prosesində əvvəlki dövrlərdə müvafiq dövlət orqanına təqdim edilmiş vergi bəyannamələrin doğruluğunu tələb edir;
- Digər dövlət və özəl müəssisələr müəssisənin təqdim etdiyi bəyannamənin təsdiqini tələb edir.
5. Müəssisənin əmlakının, dövriyyə və pul vəsaitlərinin mənimsənilməsinin audit rəyi ilə təsdiqi: Təcrübədə görünür ki, müəssisədə çalışan əməkdaşlar müəssisənin balansında olan mal-material, pul vəsaiti və əmlakına ciddi zərər vurur və yaxud, qeyri-leqal yollarla mənimsəyir. Müəssisə rəhbəri dəymiş ziyana görə hüquq mühafizə orqanlarına məlumat təqdim etmək üçün mütləq şəkildə dəymiş zərərin məbləğini audit rəyi ilə təsdiqlənir.
6. Dövlət orqanlarına göndərilməsi üçün Müəsissənin individual olaraq maliyyə hesabatlarından çıxarışlarının audit rəyi ilə təsdiqi: Dövlət orqanları tərəfindən keçirilən müxtəlif investisiya proqramları ilə bağlı alici tərəflərin qarşısına qoyulmuş öhdəliklərin icrası ilə bağlı aralıq hesabatlar audit rəyi ilə təsdiqlənir.
Qeyd edilən bütün proseslər üzrə auditor rəyinin verilməsi, FRC - audit təşkilatı tərəfindən icra edilir.
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GÖSTƏRİLƏN AUDİTOR XİDMƏTLƏRİNİN DƏYƏRİNİN MİNİMUM HƏDDİ Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 13 aprel tarixli 355/5 nömrəli qərarı ilə təsdiq edilmişdir.