Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi
Peşəkar mühasib sertifikatı nədir? Niyə lazımdır?

Peşəkar mühasib sertifikatı nədir? Niyə lazımdır?

 

İlk əvvəl peşəkar mühasib sertifikatı nədir sualına cavab tapaq.

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən: 

2.1.19. Peşəkar mühasib – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.

2.1.20. Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.

2.1.21. Peşəkar mühasib səviyyəsi – maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.

2.1.22. Peşəkar mühasib təşkilatı – üzvləri peşəkar mühasiblərdən ibarət olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.

 

PEŞƏKAR MÜHASİB SERTİFİKATIN NÖVLƏRİ

Peşakar mühasib sertifikatının  4 növü vardır :

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

 

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 237 saylı 22.05.2019 tarixli qərına əsasən 

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS əldə etmiş şəxslər aşağıdakı sahələr üzrə baş mühasib vəzifəsini tuta bilərlər:

1. mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;

2. iri və orta sahibkarlıq subyektlərində;

3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə (nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulan publik hüquqi şəxslər).

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS əldə etmiş şəxslər aşağıdakı sahələr üzrə baş mühasib vəzifəsini tuta bilərlər:

1. İctimai əhəmiyyətli qurumlarda;

2. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə (Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi  mühasibat subyektləri istisna olmaqla digər publik hüquqi şəxslər);

3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə (nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulan publik hüquqi şəxslər).

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə PMS əldə etmiş peşəkar mühasiblər yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə PMS əldə etmiş peşəkar mühasiblər aşağıdakı sahələr üzrə baş mühasib vəzifəsini tuta bilərlər:

1. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında

2. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;

3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə; (nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmayan publik hüquqi şəxslər).

 

PEŞƏKAR MÜHASİB SERTİFİKATI NƏYƏ GÖRƏ LAZIMDIR ?

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 237 saylı 22.05.2019 tarixli qərına əsasən:

3.7. Bu Qaydaların 3.3−3.6-cı bəndlərində göstərilən mühasibat uçotu subyektlərinə (yuxarıda sadaladığımız bütün subyektlər) müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olan ən azı iki peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

3.8. Bu Qaydaların 3.3−3.6-cı bəndlərində göstərilən mühasibat uçotu subyektlərinə (yuxarıda sadaladığımız bütün subyektlər) müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olmalı, özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

 

Qısa olaraq, aşağıda qeyd etdiyimiz mühasibat subyektləri müvafiq PMS alan minimum 2 şəxslə əmək müqavilə olmalıdır:

1. mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;

2. iri və orta sahibkarlıq subyektlərində;

3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə (nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulan publik hüquqi şəxslər).

4. İctimai əhəmiyyətli qurumlarda;

5. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə; (Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi  mühasibat subyektləri istisna olmaqla digər publik hüquqi şəxslər)

6. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında

7. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;

8. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə; (nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmayan publik hüquqi şəxslər).

12 June 2023
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə