Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi
Qeyri-rezident şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi

Qeyri-rezident şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi

Rezident fiziki şəxslər üçün vergi məcəlləsinin 96.1 cİ maddəsinə əsasən,Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və vergi məcəlləsinin 101.3 cü maddəsinə əsasən həmin gəlirdən 20% faiz dərəcəsi  ilə vergi tutulur.

Rezident hüquqi şəxslər üçün vergi məcəlləsinin 104.1 ci maddəsinə əsasən Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir və Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur

Qeyri-rəzident şəxslər üçün Vergi məcəlləsinin 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; (10%)

125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; (10%)

125.1.3. rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz;

125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident  müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz.

125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;

125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;

125.1.7. icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq; (14%)

125.1.8.  idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq. (xərclər çıxıldıqdan sonra 10%)

 

Nəticə olaraq, biz qeyd edə bilərik ki, eyni gəlir üzrə rezident və qeyri-rezident şəxslər fərqli vergitutma obyekti ilə fərqli dərəcədə vergi ödəyirlər.

Nümunə 1: X MMC Azərbaycan Respublikasının rezidentidir və İT xidmətləri ilə məşğuldur.İl ərzində gəlirləri 200 200 AZN və həmin gəlirlə bağlı xərcləri 150 200 AZN olmuşdur.

X MMC nin mənfəəti 200200-150200= 50 000 AZN və mənfəət vergisi 50 000 x 20%=10 000 AZN olacaqdır və müəssisə tərəfindən dövlət büdcəsinə ödəniləcəkdir.

 

Nümunə 2: Y MMC Qeyri-rezidentdir və İT xidmətləri ilə məşğuldur.İl ərzində Azərbaycan Respiblikasının rezident müəssisəsinə 200 200 AZN xidmət göstərmişdir və həmin gəlirlə bağlı xərcləri 150 200 AZN olmuşdur.

Bu zaman xidməti alan Rezident müəssisə, Y MMC ə ödəniş etdiyi zaman 200200*10%=20 020  AZN ödənişi ödəmə mənbəyindən tutaraq dövlət büdcəsinə və qalan ödənişi 180 180 AZN ni Y MMC ə ödəyir.

 

Nümunələrdən göründüyü kimi, rezident müəssisə üçün çəkdiyi xərclər nəzərə alındı və mənfəətdən 20% yəni 10 000 azn vergini dövlət büdcəsinə ödəndi və qeyri rezident üçün isə çəkdiyi xərclər nəzərə alınmadan ödəmə mənbəyində 10% tutularaq, 20 020 AZN  rezident müəssisə tərəfindən dövlət büdcəsinə ödəndi.

Qeyri-rezidentin Əlavə vergisinə cəlb edilməsi haqqında buradan məlumat əldə edə bilərsiniz.

15 June 2023
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə