Rezident və Qeyri-rezident anlayışı
Ümumiyyətlə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində niyə rezident və qeyri-rezident anlayışları var?
İlk əvvəl rezident və qeyri-reziden nədir ona baxaq.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən rezident və qeyri-rezident haqqında anlayışlar aşağıdakı kimi qeyd olunmuşdur.
13.2.5. Rezident:
13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı;
13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
Diqqət etməli məqamlardan biri də daimi nümayəndəliklə bağlıdır.
Vergi məcəlləsinin 19cu maddəsinə əsasən Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Qeyri-rezident daimi nümayəndəliklə bağlı sahibkarlıq fəaliyyətinə görə Azərbaycan Respublikasının rezidentləri kimi vergiyə cəlb edilir və dövlət büdcəsinə ödəyir.
Əsasən tikinti-quraşdırma işlərində işlərin görülməsinin müddəti 6 – 12 ay davam edir.Belə olan halda Qeyri-rezident müəssisə olan A, B, C, D həmin işlər üzrə ardıcıl müqavilə bağlayaraq “qeyri-rezident” sayılırmı? Yəni həmin tikinti-quraşdırma işləri üzrə ilk 89 gün A qeyri rezident müəssisə,növbəti 89 gün B qeyri rezident müəssisə, növbəti 89 gün C qeyri rezident müəssisə və son olaraq növbəti 89 gün D qeyri rezident müəssisə müqavilə bağlaayaraq qeyri-rezident sayılırmı?
Təbii ki, işlərin belə formalaşmağında əsas məqsəd vergidən yaylnmaqdır!
Vergi məcəlləsinin 19.3-1. Qeyri-rezident şəxs və onunla qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən Azərbaycan Respublikasında bu Məcəllənin 19.3-cü maddəsində sadalanan fəaliyyət növlərinin hər hansı birinin birgə şəkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli şəkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda bu Məcəllənin 19.3-cü maddəsinin müddəaları tətbiq edilmir və həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılır.
Maddəni izahı, əgər yuxarıda qeyd etdiyimiz A, B. C və D müəssisələri eyni işi və xidməti davam edirsə, hər biri üzrə Azərbaycan Respublikasında qalma müddəti 90 gündən azl olmasına baxmayaraq, daimi nümayəndəlik sayılırlar və Vergi məcəlləsinin 125 və 169 cu maddələri onlara şamil edilmir.
Əgər A, B. C və D müəssisələri ayrı-ayrılıqda başqa iş və xidmətlər üzrə Azərbaycan Respublikasında 90 gündən az müddətdə fəaliyyət göstərsə idi Vergi məcəlləsinin 19.4 cü maddəsinə əsasən daimi nümayəndəlik sayılmayacaqdır.
İndi isə rezident və qeyri-rezident anlayışları niyə var onları müzakirə edək.
Rezident və qeyri-rezident ayırmalarının əsas 2 səbəbi var :
2. Əlavə dəyər vergisinə cəlb edilməsi fərqlidir.