Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi
Sabit vergi ödəyiciləri kimlərdir? Aylıq sabit vergi məbləği

Sabit vergi ödəyiciləri kimlərdir? Aylıq sabit vergi məbləği

Bəzi fəaliyyət sahələri vardır ki, fiziki şəxslər həmin fəaliyyət üzrə əldə etdiyi gəlirlərə görə bəyannamə təqdim etmək məcburiyyətində deyillər. Həmin şəxslər əldə etdiyi gəlirin həcmindən asılı olmayaraq, sabit məbləğdə Sadələşdirilmiş vergini, DSMF və İTS ödənilməsini təsdiq edən  Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”-i fəaliyyətə başlamamışdan əvvəl almalıdırlar. Daha sonra həmin fəaliyyət üzrə əldə etidiyi gəlirlər barədə Dövlət vergi xidmətinə məlumat vermək və yaxud bəyannamə təqdim etmək məcburiyyətində deyillər.

Sabit vergi ödəyiciləri həmin qəbzi aylıq rüblük yarımillik və illik almaq hüququna malikdir.Ancaq, heç bir halda, alınmış qəbz həmin dövr üzrə fəaliyyət olmazsa, növbəti dövlərlə əvəzləşdirilmir.Yəni rüblük olaraq (yanvar, fevral və mart) alınmış qəbz, yalnız həmin dövrü əhatə edir. Sabit vergi ödəyicisi yanvar ayında fəaliyyətdə olmasa da, qəbzin qüvvədə olma müddəti mart ayının sonunda bitir.

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sabit vergi məbləğləri və Sosial sığorta haqqında qanunun 14.5.1-1 ci və Tibbi sığorta haqqında qanunun 15-10.1.3-cü maddəsinə əsasən tutulan haqqlar aşağıdakı cədvəldə qruplaşdırılmışdır.

Fəaliyyət növlərinin adı

Aylıq sabit vergi məbləği (manatla)

Aylıq məcburi dövlət sosial sığorta haqqı (minimum aylıq əmək haqqına nisbətən faizlə)

Aylıq icbari tibbi sığorta haqqı (minimum aylıq əmək haqqına nisbətən faizlə)

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

20 manat

5 faiz

4 faiz

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

15 manat

5 faiz

4 faiz

Çəkməçi, pinəçi

5 manat

3 faiz

4 faiz

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

10manat

3 faiz

4 faiz

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)

10 manat

3 faiz

4 faiz

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

20 manat

3 faiz

4 faiz

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər

15 manat

3 faiz

4 faiz

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər

10 manat

3 faiz

4 faiz

Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər

20 manat

3 faiz

4 faiz

 

 

Fəaliyyət göstərilən yerdən asılı olaraq Azərbaycan Respublikasının Vergi məcəlləsinin 220.11 ci maddəsinə əsasən, vergi məbləğinin hesablanması üçün yuxarı cədvəldəki aylıq sabit vergi məbləğlərinə aşağı cədvəldəki əmsallar tətbiq edilir:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla)

2

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində

1,5

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində

1

Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə)

0,5

 

Ödənilməli olan məcbur dövlət sosial sığorta haqqının hesablanması üçün Sosial sığorta haqqında qanunun 14.5.1-2 ci maddəsinə əsasən aşağıdakı əmsallar tətbiq edilməlidir:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla)

2

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində

1,5

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində

1

 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:

 

Daşınma növü

Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi

Sadələşdirilmiş verginin aylıq məbləği (manatla)

Aylıq məcburi dövlət sosial sığorta haqqı (minimum aylıq əmək haqqına nisbətən faizlə)

Aylıq icbari tibbi sığorta haqqı (minimum aylıq əmək haqqına nisbətən faizlə)

Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:

 

1 oturacaq yeri üçün

 

 

1.8

 

6 faiz

 

4 faiz

Taksi ilə sərnişin daşınması

1 ədəd nəqliyyat vasitəsi üçün

9

6 faiz

4 faiz

Yük daşınması

yükgötürmə qabiliyyəti üçün (hər tona)

1

6 faiz

4 faiz

Fəaliyyət göstərilən yerdən asılı olaraq Azərbaycan Respublikasının Vergi məcəlləsinin 220.6 ci maddəsinə əsasən, vergi məbləğinin hesablanması üçün yuxarı cədvəldəki aylıq sabit vergi məbləğlərinə aşağı cədvəldəki əmsallar tətbiq edilir:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında

2

Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında

1,5

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında

1

 

Nümunə 1:

2023-cü ildə Bakı şəhərində fərdi fotoqraf kimi fəaliyyət göstərən şəxsin aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta haqqının, icbari tibbi sığorta haqqının hesablanmasına nəzər yetirək :

Aylıq sabit vergi məbləği – 30 manat (15 manat*2 əmsal)

Aylıq məcburi dövlət sosial sığorta haqqı - 345*5%*2 əmsal = 34.5 (Minimum aylıq əmək haqqının 5 faizi*2 əmsal)

Aylıq icbari tibbi sığorta haqqı – 345*4%=13.8 (Minimum aylıq əmək haqqının 4 faizi )

Cəmi məbləğ – 78.3 manat

 

Əgər vergi ödəyicisi eyni zamanda 2 və daha artıq fəaliyyət üzrə sabit vergi ödəyicisidirsə, hər fəaliyyət üzrə sabit məbləğdə Sadələşdirilmiş vergini, DSMF və İTS ödənilməsini təsdiq edən  Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”-i fəaliyyətə başlamamışdan əvvəl almalıdırlar.

Nümunə 2:

2023-cü ildə Bakı şəhərində fərdi fotoqraf və Sumqayıt şəhərində dərzi kimi fəaliyyət göstərən şəxsin aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta haqqının, icbari tibbi sığorta haqqının hesablanmasına nəzər yetirək :

Fərdi fotoqraf fəaliyyəti üzrə :

Aylıq sabit vergi məbləği – 30 manat (15 manat*2 əmsal)

Aylıq məcburi dövlət sosial sığorta haqqı - 345*5%*2 əmsal = 34.5 (Minimum aylıq əmək haqqının 5 faizi*2 əmsal)

Aylıq icbari tibbi sığorta haqqı – 345*4%=13.8 (Minimum aylıq əmək haqqının 4 faizi )

Fərdi Fotoqraf fəaliyyətinə görə ödənilməli məbləğ  – 78.3 manat

Dərzi fəaliyyəti üzrə :

Aylıq sabit vergi məbləği – 15 manat (10 manat*1.5 əmsal)

Aylıq məcburi dövlət sosial sığorta haqqı -  15.525 (Minimum aylıq əmək haqqının 3 faizi*1.5 əmsal)

Aylıq icbari tibbi sığorta haqqı – 3.8 (Minimum aylıq əmək haqqının 4 faizi )

Dərzi fəaliyyətinə görə ödənilməli məbləğ – 34.33 manat

Cəmi ay üzrə ödənilməli məbləğ - 122.63 manat

Qeyd: minimum aylıq əmək haqqının məbləği 01.01.2023-cü il 345 azn olaraq təsdiqlənmişdir.

15 June 2023
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə