Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi
Əmək haqqının hesablanması və müxabirləşmələri

Əmək haqqının hesablanması və müxabirləşmələri

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün “işçi”, bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs “işəgötürən”, bu cür haqq isə “əmək haqqı” adlandırılır. Əmək haqqı ödənilən zaman işçidən gəlir vergisi, həmçinin işçi və müəssisə olmaqla, Məcburi Dövlət Sosial Sığorta, İşsizlikdən Sığorta, İcbari Tibbi Sığorta haqqları ödənilən məbləğlərdən tutulur.

Neft-qaz sahəsi və dövlət sektoru üçün əmək haqqından verginin tutulması aşağıdakı cədvəldə ətraflı izah edilmişdir :

Neft-qaz sahəsi və dövlət sektoru

 
 

Vergiyə cəlb edilən aylıq gəlir

Vergi faizi

 
 

Gəlir vergisi

 
 

2500 manata qədər

14%

 

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25%-i

 

Məcburi Dövlət Sosial Sığorta

 
 

Sığortaolunanın gəlirlərindən tutulan (işçi)

3%

 

Sığortaedənin vəsaiti hesabına ödənilən  (müəssisə)

22%

 

İşsizlikdən Sığorta

 
 

Sığortaolunanın gəlirlərindən tutulan (işçi)

0,5%

 

Sığortaedənin vəsaiti hesabına ödənilən  (müəssisə)

0,5%

 

İcbari Tibbi Sığorta

 
 

 

Sığortaolunanın gəlirlərindən tutulan (işçi)

Sığortaedənin vəsaiti hesabına ödənilən  (müəssisə)

 

8000 manata qədər

2%

2%

 

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 0,5%-i

8000 manatdan çox olan məbləğin 0,5%-i

 

 

Qeyri neft-qaz sahəsi və özəl sektor üçün əmək haqqından verginin tutulması aşağıdakı cədvəldə ətraflı izah edilmişdir :

Qeyri-neft qaz sahəsi və özəl sektor

 
 

Vergiyə cəlb edilən aylıq gəlir

Vergi faizi

 
 

Gəlir vergisi

 
 

8000 manata qədər

0%

 

8000 manatdan çox oldquda

8000 manatdan çox olan məbləğin 14%-i

 

Məcburi Dövlət Sosial Sığorta

 
 

 

Sığortaolunanın gəlirindən tutulan (işçi)

Sığortaedənin vəsaiti hesabına ödənilən (müəssisə)

 

200 manatadək

3%

22%

 

200 manatdan çox olduqda

6 manat + 200 manatdan çox olan məbləğin 10%-i

44 manat + 200 manatdan çox olan məbləğin 15%-i

 

İşsizlikdən sığorta

 
 

Sığortaolunanın gəlirindən tutulan (işçi)

0,5%

 

Sığortaedənin vəsaiti hesabına ödənilən (müəssisə)

0,5%

 

İcbari Tibbi Sığorta

 
 

 

Sığortaolunanın gəlirindən tutulan (işçi)

Sığortaedənn vəsaiti hesabına ödənilən (müəssisə)

 

8000 manata qədər

2%

2%

 

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 0,5%-i

8000 manatdan çox olan məbləğin 0,5%-i

 

 

Əmək haqqı öhdəliyinin tanınması və işçiyə ödənilməli olan əmək haqqının müxabirləşməsi aşağıdakı kimidir :

711 (Kommersiya xərcləri) – 533 (Əməyin ödənişi üzrə işçi heyyətinə olan borclar) - Əmək haqqı xərcinin və öhdəliyinin tanınması

711 (Kommersiya xərcləri) – 522 (Soial sığorta və təminat üzrə öhdəliklər) - DSMF xərcinin və öhdəliyini tanınması

711 (Kommersiya xərcləri) – 523 (Digər məcburi ödənişlər üzrə öhdəliklər) - İcbari Tibbi Sığorta xərcinin və öhdəliyinin tanınması

533 (Əməyin ödənişi üzrə işçi heyyətinə olan borclar) – 521 (Vergi öhdəlikləri ) - Gəlir vergisinin işçidən tutulması

533 (Əməyin ödənişi üzrə işçi heyyətinə olan borclar) – 522 (Sosial sığorta və təminat üzrə öhdəliklər) - DSMF öhdəliyinin işçidən tutulan hissəsi

533 (Əməyin ödənişi üzrə işçi heyyətinə olan borclar) – 523 (Digər məcburi ödənişlər üzrə öhdəliklər) - İcbari Tibbi Sığorta öhdəliyinin işçidən tutulan hissəsi

 

Müəssisə ödəniş həyata keçirərsə :

533 (Əməyin ödənişi üzrə işçi heyyətinə olan borclar) – 223 (Bank hesablaşma hesabları) - Əmək haqqının bank hesabından ödənilməsi

522 (Sosial sığorta və təminat üzrə öhdəliklər) – 223 (Bank hesablaşma hesabları) - DSMF haqqının bank hesabından ödənilməsi

523 (Digər məcburi ödənişlər üzrə öhdəliklər) – 223 (Bank hesablaşma hesabları) - İcbari Tibbi Sığortanın bank hesabından ödənilməsi

QEYD 1 : İşçidən tutulan muzdlu işlə əlaqədar gəlir vergisi,sosial sığorta haqqlarınin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti işçi deyil, müəssisə daşıyır.

QEYD 2 : Əmək haqqıdan tutulmalar hesablanan zaman müvafiq qanunverciliyinin tələbləri mütləq qorunmalıdır.Belə ki, işçinin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdən azad olmalar mütləq nəzərə alınmalıdır.

Mühasibat uçotunu bu cür dəqiq aparmaq üçün mühasibat uçotu və vergi uçotu üzrə təlimlərimizə qoşula bilərsiniz.

01 June 2023
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə