Frc.az
Bizimlə əlaqə 051 555-3-444
Bazar ert.-Cümə 09:00 - 18:00
Ünvan Çinar Park Biznes Mərkəzi
Satılmış malların geri qaytarılması və verilmiş güzəştlər

Satılmış malların geri qaytarılması və verilmiş güzəştlər

Malların geri qaytarılması

Alqı-satqı zamanı müxtəlif səbəblərdən dolayı malların geri qaytarılması halları ilə rastlaşa bilirik.Buna, qeyd olunan malların düzgün göndərilməməsi yaxud da göndərilmiş malların yararsız və ya zədəli olmasını aid edə bilərik.Əyani şəkildə aşağıdakı məsələ ilə tanış olaq :

Fərz edək ki, X MMC-yə 1 ədədi 500 azn olan və satış qiyməti 826 azn (ƏDV daxil) olan 10 ədəd elektronika avadanlığı satılmışdır və qarşı tərəf 700 azn dəyərində (ƏDV nəzərə alınmadan)  malın xarab olmasını əsas gətirərək geri qaytarmaq istəyir. Bu zaman biz bu hadisənin müxabirləşməsini bu şəkildə verəcəyik:

Satış zamanı

211 (Qısamüddətli debitor borcları) – 601 (Satışdan gəlir) – 7000 

211 (Qısamüddətli debitor borcları) – 545 (Digər qısamüddətli öhdəliklər) – 1260 

701 (Satışın maya dəyəri üzrə xərclər) - 205 (Mallar) – 5000 

Ödəniş daxil olan zaman

223 (Bank hesablaşma hesabı) - 211 (Qısamüddətli debitor borcları) - 7000

224 (Tələblərə əsasən açılan digər bank hesabları) -211 (Qısamüddətli debitor borcları) - 1260

545 (Digər qısamüddətli öhdəliklər) - 521 (Vergi öhdəlikləri)  – 1260

QEYD: Bir çox hallarda, Satış zamanı 211 - 601 və 211 - 521 qeyd edərək, ƏDV öhdəliyini qabaqcadan tanıyırlar.Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarına əsasən bu kimi müxabirləşmənin verilməsi uyğun deyildir.

Malların geri qaytarılması hadisəsi baş verdikdə isə “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” ilə bağlı 602 nömrəli hesabdan istifadə olunacaq.602 nömrəli hesab kreditdə mənfi qeyd olunur.

Satışın geri qaytarılması

602 (Satılmış malların qaytarılması və ucuzlaşdırılması) – 211 (Qısamüddətli debitor borcları) – 700

545 (Digər qısamüddətli öhdəliklər) - 211 (Qısamüddətli debitor borcları) – 126

205 (Mallar) - 701 (Satışın maya dəyəri üzrə xərclər) – 500

Geri qaytarmaya görə ödəniş edildiyi zaman

211 (Qısamüddətli debitor borcları) - 223 (Bank hesablaşma hesabı) – 700 

211 (Qısamüddətli debitor borcları) - 224 (Tələblərə əsasən açılan digər bank hesabları) – 126 

521 (Vergi öhdəlikləri) – 545 (Digər qısamüddətli öhdəliklər) – 126 

 

Verilmiş güzəşt

Əgər mal satışı baş versə və həmin əməliyyatda satış zamanı güzəşt(endirim) tətbiq olunsa bu zaman həmin əməliyyat “Verilmiş güzəşt” adlı 603 nömrəli hesabda öz əksini tapacaqdır. Qeyd etmək lazımdır ki, bu hesab kreditdə mənfi hal kimi qeyd olunur. Bunu aşağıdakı misal ilə daha əyani şəkildə görə bilərik :

Misal üçün başqa bir müəssisəyə dəyəri 150 azn (ƏDV daxil) olan 10 ədəd xalça (bir ədədinin maya dəyəri 115 azn) satılmışdır. Mallara verilmiş güzəşt 6%-dir.

Satış zamanı

211 (Qısamüddətli debitor borcları) – 601 (Satışdan gəlir) – 1271.19

211 (Qısamüddətli debitor borcları) – 545 (Digər qısamüddətli öhdəliklər) – 228.81

701 (Satılmış malların maya dəyəri üzrə xərclər) – 205 (Mallar) – 1150

Endirimin verilməsi

603 (Verilmiş güzəşt) – 211 (Qısamüddətli debitor borcları) – 76.27

545 (Digər qısamüddətli öhdəliklər) – 211  (Qısamüddətli debitor borcları) – 13.73

Ödənişin daxil olması

223 (Bank hesablaşma hesabı) – 211 (Qısamüddətli debitor borcları) – 1194.92

224 (Tələblərə əsasən açılan digər bank hesabları) – 211 (Qısamüddətli debitor borcları) - 215.08

Satış və verilmiş güzəşst hesablarının bağlanması

801 (Ümumi mənfəət(zərər)) – 603 (Verilmiş güzəşt) – 76.27

601 (Satışdan gəlir) – 801 (Ümumi mənfəət(zərər)) – 1271.19

801 (Ümumi mənfəət(zərər)) – 701 (Satılmış malların maya dəyəri üzrə xərclər) – 1150

801 (Ümumi mənfəət(zərər)) – 341 (Hesabat dövründə xalis mənfəət)– 44.92

Yuxarıda qeyd olunan müxabirləşmələr malların satılması zamanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarına uyğun olan müxabirləşmələri əks etdirir.

Mühasibat uçotunu bu cür dəqiq aparmaq üçün mühasibat uçotu və vergi uçotu üzrə təlimlərimizə qoşula bilərsiniz.

01 June 2023
Ana səhifə
Xidmətlər
Müraciət et
Tərəfdaşlar
Əlaqə